Arif Rəhimzadə Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının sədri vəzifəsində qalıb. Veteranlar Şurasının sədr müavini isə Əli Həsənov olub.
Modern.az xəbər verir ki, bu barədə qərar partiyanın İdarə Heyətinin qurultaydan sonra keçirilən iclasında qəbul olunub.
Veteranlar Şurasının yeni tərkibi 35 nəfərdən ibarət olacaq.
Qeyd edək ki, Arif Rəhimzadə 2021-ci ilin martından YAP Veteranlar Şurasına rəhbərlik edir.
***
15:35
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilir.
Modern.az "Teleqraf"a istinadən xəbər verir ki, Ə.Həsənovun YAP-ın yeni seçilmiş idarə heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədri seçiləcəyi bildirilir.
Eyni zamanda Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək.
Qeyd edək ki, Veteranlar Şurasının hazırki sədri Arif Rəhimzadədir.


