Aktual · AzPolitika

​Lukaşenkodan Ukraynaya gözlənilməz dəstək - “Tramp bunu diktə edə bilməz”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
​Lukaşenkodan Ukraynaya gözlənilməz dəstək - “Tramp bunu diktə edə bilməz” xəbəri üçün şəkil

Belarus Prezidenti Aleksandr Lukaşenko gözlənilmədən ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı açıqlamalarına etiraz edib.

“AzPolitika” Belarus mediasına istinadla xəbər verir ki, Aleksandr Lukaşenko Trampın Ukraynaya yeni prezident lazım olduğu barədə bəyanatını tənqid edib.

"Tramp Ukraynaya kimin rəhbərlik edəcəyini diktə etməməlidir. Bu, Ukrayna xalqının qərar verəcəyi məsələdir", Lukaşenko deyib.

Lakin Belarus lideri qeyd edib ki, o, Trampın Ukraynada seçkilərin keçirilməli olduğuna dair mövqeyi ilə razıdır. O əlavə edib ki, Ukrayna lideri Volodimir Zelenski əvvəllər yalnız bir müddət vəzifədə olacağına söz vermişdi: "Vədlərə əməl edilməlidir. İnsanlar seçki məntəqələrinə getməlidirlər. Tramp bu məsələdə haqlıdır: əgər söz verirsənsə, onu tutmalısan. Amma diktə etməyin. Tramp Ukraynaya nə edəcəyinə dair göstəriş verməli deyil”.

Xatırladaq ki, Donald Tramp son günlər Volodimir Zelenskini guya sülh istəməməkdə günahlandırır və onu açıq şəkildə istefa verməyə çağırır. O, həmçinin Ukraynanın başqa bir dövlət başçısına ehtiyacının olduğuna inandığını bildirir.

Zelenski isə istefa vermək niyyətində olmadığını deyir, çünki müharibəni öz məsuliyyəti hesab edir. O, nə Trampın, nə də milyarder İlon Maskın Ukrayna Prezidentini seçə bilməyəcəyini vurğulayıb. Zelenski qeyd edib ki, bunu yalnız Ukrayna vətəndaşları edə bilər.

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑