Dünya · Modern.az

"Apple" şərkəti yeni "MacBook Pro"nu təqdim edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Apple" şərkəti yeni "MacBook Pro"nu təqdim edib
"Apple" şərkəti yeni "MacBook Pro"nu təqdim edib

ABŞ-ın “Apple” şirkəti M6 prosessoru ilə təchiz edilən yeni 14 düymlük “MacBook Pro” noutbukunu təqdim edib.

Modern.az xəbər verir ki, şirkətin rəsmi açıqlamasına görə, yeni model bir dəfə enerji doldurulmaqla 24 saata qədər işləyə bilir.

“Apple” bildirib ki, M6 prosessoru daha yüksək məhsuldarlıq, süni intellekt funksiyalarının birbaşa cihaz üzərində işləməsi və daha sürətli bağlantı imkanları təmin edir.

Yeni noutbuk tələbələr, biznes istifadəçiləri, kontent yaradıcıları və digər peşə sahibləri üçün nəzərdə tutulub.

Şirkətin məlumatına əsasən, M6 prosessoru əvvəlki nəsillə müqayisədə süni intellektlə bağlı tapşırıqları 25 faiz daha sürətli yerinə yetirir. Eyni zamanda qrafik proqramlarla işləyərkən daha yüksək səmərəlilik təmin olunur.

Yeni “MacBook Pro” sürətli enerji doldurma funksiyası ilə də təchiz edilib. Belə ki, cihazın batareyasını cəmi 30 dəqiqə ərzində 50 faizə qədər doldurmaq mümkün olacaq.

Noutbukun rəsmi satışlarına noyabrın 6-da başlanılacaq. Yeni modelin ilkin qiyməti 1 999 dollar müəyyən edilib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑