İran ABŞ-nin Tehranın tələblərini yerinə yetirəcəyi təqdirdə münasibətlərin normallaşdırılması istiqamətində qarşılıqlı addımlar atmağa hazır olduğunu bəyan edib.
Modern.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi RİA Novosti-yə açıqlamasında bildirib.
“Əlbəttə, onlar hansı şərt və tələblərin yerinə yetirilməli olduğunu bilirlər. Bu şərt və tələblər yerinə yetirilən kimi İran İslam Respublikası da öz növbəsində zəruri addımlar atacaq”, – deyə diplomat qeyd edib.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi daha əvvəl Hörmüz boğazının açılması ilə bağlı ABŞ-yə yeddi günlük plan təqdim etdiyini açıqlayıb. Təklif dəniz blokadasının və ixraca qoyulan məhdudiyyətlərin aradan qaldırılması müqabilində irəli sürülüb. ABŞ Prezidenti Donald Tramp isə bu təklifi rədd edib.





