Ölkə · Modern.az

850 yerlik məktəbdə 2552 şagird oxuyur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
850 yerlik məktəbdə 2552 şagird oxuyur
850 yerlik məktəbdə 2552 şagird oxuyur

Bakının 192 saylı məktəbində şagird sayı məktəbin tutumundan üç dəfə çoxdur. 850 şagird üçün nəzərdə tutulan təhsil müəssisəsində hazırda 2552 uşaq oxuyur.

Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında çıxışı zamanı bildirib.

Deputatın sözlərinə görə, şagird sıxlığı tədrisin keyfiyyətinə və müəllimlərin işinə mənfi təsir göstərir.

“Bu cür şəraitdə müəllimin hər bir şagirdlə fərdi məşğul olması üçün cəmi 30 saniyə vaxtı olur”, – deyə o qeyd edib.

Fazil Mustafa məktəbin idman zalının sahəsinin cəmi 25 kvadratmetr olduğunu da bildirib.

Deputat məsələ ilə bağlı Baş nazirə məktubla müraciət etdiyini deyib. O vurğulayıb ki, oxşar problemlə üzləşən başqa məktəblər də var.

Problemin həlli üçün Fazil Mustafa ərazisi geniş olan məktəblərin həyətlərində modul tipli əlavə sinif otaqlarının quraşdırılmasını təklif edib.

Deputat Zabrat qəsəbəsində belə bir məktəbin mövcudluğunu xatırladaraq, məktəb həyətlərində əlavə 10–15 sinif otağının yaradılmasının sıxlığı azaltmağa kömək edə biləcəyini bildirib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑