Ölkə · Globalinfo.az

Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB xəbəri üçün şəkil

Azərbaycanda zaman-zaman yaxın qohumlarından birinin cinayət törətməsi səbəbindən digər ailə üzvlərinin, xüsusilə hüquq-mühafizə orqanlarında və hüquq sistemində çalışan şəxslərin işdən azad olunması ilə bağlı məlumatlar yayılır. Belə hallarda hakimlərin, polis əməkdaşlarının, hüquqşünasların və digər vəzifəli şəxslərin oğul, qız, ər, arvad, ata, ana, bacı və ya qardaşının cinayət törətməsinə görə məsuliyyət daşıdığı və vəzifəsini itirdiyi iddia olunur.

Bəs Azərbaycan qanunvericiliyində bu cür hallarla bağlı hansı tələblər nəzərdə tutulur? Yaxın qohumun cinayət törətməsi və ya həbs olunması digər ailə üzvünün işdən azad edilməsi üçün hüquqi əsas sayıla bilərmi?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, bəzi hallarda yaxın qohumunun cinayət törətməsi ilə əlaqədar vəzifəli şəxslərin işdən azad olunması halları olur:

“Amma bunun kütləvi xarakter daşıdığı barədə konkret məlumat yoxdur. Məsələn, “Azərxalça”nın keçmiş sədri həbs olunanda onun oğlu polis idarəsində rəis vəzifəsində çalışırdı. O, hətta öz ərizəsi ilə işdən çıxmaq istəsə də, vəzifəsindən azad edilmədi. Hazırda da qardaşı dövlətə qarşı cinayət ittihamı ilə həbs olunan, lakin hüquq mühafizə orqanında işləməyə davam edən şəxslər var.

mehman muradli

Mehman Muradlı

Digər bir nümunə kimi, rüşvət almaq və digər cinayətlərə görə həbs edilən sabiq icra başçısının oğlunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müstəntiq işləməsini göstərmək olar. O da sonradan öz istəyi ilə biznes sahəsinə keçib. Yəni həmin şəxs də qohumuna görə işdən çıxarılmamışdı”.

M.Muradlının sözlərinə görə, belə nümunələr olsa da, lakin işini davam edənlər də çoxdur:

“Ona görə də yaxın qohumun cinayət törətməsinə görə digər ailə üzvünün mütləq işdən azad edildiyini demək olmaz. Bu cür halların kütləvi xarakter daşıdığını söyləmək üçün də əsas yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑