Nyu-Cersi ştatından yenidən senator seçilən Kori Buker seçkilərin nəticələri elan olunduqdan sonra tərəfdarları qarşısında nitqilə çıxış edib.
Modern.az xəbər verir ki, bu barədə informasiya senatorun seçki qələbəsindən dərhal sonra təşkil olunan tədbirdə yer alıb.
Belə ki, Kori Buker ölkənin üzləşdiyi iqtisadi və sosial böhranlara toxunaraq mövcud administrasiyanın siyasətini sərt tənqid edib, əsas hədəfin "Amerika arzusu"nu yenidən bərpa etmək olduğunu vurğulayıb. O, hekayənin əsas qəhrəmanının prezident deyil, Amerika xalqı olduğunu bildirərək gənc nəsillərin gələcəyi üçün birgə mübarizə çağırışı edib.
Qeyd edək ki, Nyu-Cersi ştatında yenidən mandat qazanan Kori Buker ABŞ Senatında fəaliyyətini sürdürəcək.
Gülbadam Cümşüdova
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
İsrail Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin yekun nəticələrini təsdiqləyib. Yekun nəticələrə əsasən, 120 yerlik parlamentdə deputat mandatlarının partiyalar və siyasi bloklar arasında bölgüsü müəyyənləşib. Seçkilərdən sonra ölkədə koalisiya ilə bağlı qeyri-müəyyənlik davam edir.
Modern.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Komissiyanın açıqlamasına görə, İsrailin 26-cı parlamentinə keçirilən seçkilərin nəticələrinin təs