Meyxanaçı-müğənni Samirə Yusifqızı, qızı Fərəh Samirəqızı və müğənni Mətanət Əsədova bir araya gəliblər.
Milli.Az xəbər verir ki, sənətçilər məclislərdən birində görüntüləniblər. Bir müddət əvvəl aralarında qalmaqal yaşanan tərəflərin eyni məclisdə bir araya gəlməsi və barışıq görüntüsü nümayiş etdirməsi diqqət çəkib.
Sözügedən görüş sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. İzləyicilər tərəflərin münasibətlərini düzəltməsini müxtəlif reaksiyalarla qarşılayıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)



