Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və Beynəlxalq Muğam Mərkəzinin ev sahibliyi ilə Türkiyə və Azərbaycanın ortaq mədəni irsini universal musiqi dili vasitəsilə bir araya gətirən “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Yunus Əmrə İnstitutu məlumat yayıb. Bildirilib ki, konsertdə türk və Azərbaycan bəstəkarlarının seçilmiş əsərləri səslənəcək.
Proqramın xüsusi bölmələrindən biri C. Yazlarlının L. Bayramoğullarına həsr olunmuş fleyta, fortepiano və zərb alətləri üçün yazdığı “Fleytanın Səsi” əsərinin dünya premyerası olacaq. Konsert oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bakı Yunus Əmrə İnstitutu, bütün sənətsevərləri Türkiyə və Azərbaycanın musiqi mədəniyyətlərini eyni səhnədə bir araya gətirən bu xüsusi konsertə dəvət edir.






