Hadisə · Milli.az

Saatlıda “Mercedes” hasara çırpıldı - Ölən var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Saatlıda “Mercedes” hasara çırpıldı - Ölən var xəbəri üçün şəkil

Saatlıda bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə oktyabrın 7-də saat 20:45 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhərindən keçən hissəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü Məmmədov Rəhman Möhsüm oğlu idarə etdiyi "Mercedes-Benz C180" markalı avtomobillə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun sol tərəfindəki işıq dirəyinə, daha sonra isə istirahət parkının ətrafına quraşdırılmış dəmir-beton hasara çırpılıb.

Nəticədə avtomobildəki sərnişinlər - Könül Məmmədova və Bahar Məmmədova Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Bahar Məmmədova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑