Mədəniyyət · Milli.az

Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video) xəbəri üçün şəkil

Əməkdar artist Rəşad İlyasov səhhətində problem olan həmkarı, Əməkdar artist Firuzə İbadovanı ziyarət edib.

Milli.Az xəbər verir ki, sənətçi həmkarının evinə qanun musiqi aləti ilə birlikdə yollanıb. O, görüşdən görüntüləri sosial şəbəkə hesabında paylaşaraq musiqinin insanın ruhuna müsbət təsirindən söz açıb:

"Musiqi musiqiçini sağaldır. Necə ki, Firuzə xanımı ziyarət etdim, mən qanun ifa etdim, Firuzə xanım da bir ağız oxudu. Xeyli yaxşılaşdı. Məncə, Firuzə xanım oxusa, bir az da yaxşılaşar. Tezliklə Əməkdar artist Firuzə İbadovanın konsertinə yığışaq! Amin".

Qeyd edək ki, əməliyyat olunan Firuzə İbadovanın iki aya yaxındır səhhətində problem var. Sənətçi əməliyyat olunub və yataq xəstəsidir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑