İdman · Milli.az

“Qalatasaray”da daha bir istefa

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qalatasaray”da daha bir istefa xəbəri üçün şəkil

"Qalatasaray"ın vitse-prezidenti Abdullah Kavukçu klubun idarə heyətindəki vəzifəsindən istefa verib.

Milli.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, o, qərarını oktyabrın 27-də keçirilən iclasda klubun ikinci prezidenti Metin Öztürklə yaşadığı mübahisə ilə əlaqələndirib.

Kavukçu hadisənin, xüsusilə sosial şəbəkələrdə həqiqəti əks etdirməyən formada təqdim olunmasından təəssüfləndiyini bildirib.

"İki rəhbər arasında yaşanan mübahisənin fərqli şəkildə təqdim olunaraq klubun hədəflərinə və birliyinə zərər vurmasını istəmirəm. Şəxsi məsələlərin "Qalatasaray"ın nüfuzuna və sabitliyinə kölgə salmaması üçün istefa vermək qərarına gəldim. Kluba bağlılığım heç bir vəzifə və titulla məhdudlaşmır. Bundan sonra da onun uğurları üçün çalışacağam".

Qeyd edək ki, Metin Öztürk də oktyabrın 27-dəki iclasda baş verən mübahisədən sonra istefa verib. O, hadisə zamanı fiziki hücuma məruz qaldığını və mərhum anasının təhqir edildiyini iddia edib. Öztürk klubun və ona bağlı şirkətlərin idarə heyətlərindəki vəzifələrindən ayrıldığını açıqlayıb. (Qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑