Dünya · Milli.az

“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı xəbəri üçün şəkil

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Türkiyədə "Qalatasaray" və İspaniyanın "Barselona" komandası arasında keçiriləcək matçla bağlı qara bazarda bilet satışına qarşı əməliyyat keçirilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin İdman Təhlükəsizliyi Şöbəsinin əməkdaşları İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə araşdırmaya başlayıblar. Araşdırma zamanı şübhəlilərin şəxsiyyəti və ünvanları müəyyən edilib. Nəticədə 9 şübhəli saxlanılıb və dindirilmək üçün polis idarəsinə aparılıblar.

Qeyd edək ki, oktyabrın 13-də İstanbulda yerləşən "RAMS Park" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑