Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Çağdaş sənət nədir? Müasir rəssamkimdir?" mövzusunda mühazirə keçirilib.
Rəssam, kinorejissor, fəlsəfə üzrə fəlsəfə doktoru, tarixçi və incəsənət nəzəriyyəçisi Teymur Daimi tərəfindən təqdimolunan mühazirədə çağdaş sənətin mahiyyəti və əsasxüsusiyyətləri, müasir incəsənətdə rəssamın mövqeyi, sənətvə cəmiyyət arasındakı münasibətlər, eləcə də ənənəvisənət anlayışının dəyişməsi məsələləri müzakirə olunub.
Mühazirə zamanı müasir incəsənətin fəlsəfi və nəzəriaspektləri, yeni ifadə vasitələri və yaradıcılıq yanaşmaları haqqında fikirlər bölüşülüb.
Tədbir iştirakçıların böyük marağına səbəb olub və çağdaş sənətin müxtəlif aspektləri ətrafında maraqlı fikir mübadiləsiilə yadda qalıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az


.jpg)
