Dünya · Milli.az

İstanbul boğazında gəmi hərəkəti dayandırıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı xəbəri üçün şəkil

Bolqarıstandan İtaliyaya gedən kimyəvi maddə daşıyan tankerdə mühərrik nasazlığı yaranıb. Hadisə səbəbindən İstanbul boğazında gəmi hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin DHA agentliyi məlumat yayıb.

Malta bayrağı altında üzən, 107 metr uzunluğundakı IVYAN tankeri hərəkət qabiliyyətini itirərək Kanlıca ərazisində idarəolunmaz vəziyyətə düşüb. Gəmi sahildən cəmi bir neçə metr aralıda dayanıb.

Hadisə yerinə xilasetmə işləri üçün Sahil Mühafizəsinin qayıqları və bir neçə yedək gəmisi göndərilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑