İspaniya La Liqa 2-də futbolçuların iştirakı ilə daha bir ağır insident baş verib.
Milli.Az xəbər verir ki, çempionatda qapıçı Ovononun zərbəsi nəticəsində Xesus de Migelin faciəvi ölümündən sonra oxşar hadisə yenidən narahatlıq yaradıb.
"Albacete"nin futbolçusu Xose Korpas matç zamanı rəqib komandanın üzvü Kvadri Liamidlə mübarizə apararkən onun baş nahiyəsinə sərt təpik vurub.
Zərbədən sonra yerə yıxılaraq huşunu itirən Liamidə meydanda ilkin tibbi yardım göstərilib. Daha sonra futbolçu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Baş verən hadisəyə görə hakim Xose Korpasa birbaşa qırmızı vərəqə göstərərək onu oyundan kənarlaşdırıb.
Kvadri Liamidin xəstəxanadakı vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)




