İdman · İdman.biz

“Napoli” “Barselona”nın aparıcı futbolçusunu transfer etmək istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Napoli” “Barselona”nın aparıcı futbolçusunu transfer etmək istəyir xəbəri üçün şəkil

İtaliyanın “Napoli” klubu “Barselona”nın futbolçusu Qavini transfer etməkdə maraqlıdır. Neapollular 22 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində heyətinə qatmaq imkanlarını araşdırırlar.

İdman.Biz “Diario”ya istinadən xəbər verir ki, “Napoli”nin idman direktoru Covanni Manna artıq Qavinin nümayəndələri ilə əlaqə saxlayaraq futbolçunun gələcək planlarını öyrənməyə çalışıb.

İtaliya klubunun əsas məqsədi yarımmüdafiəçini sonradan satınalma hüququ ilə icarəyə götürməkdir. Bu variant “Napoli”yə ilkin mərhələdə böyük məbləğ xərcləmədən transferi həyata keçirmək imkanı verə bilər.

Lakin keçidin qarşısında ciddi maneələr var. “Barselona” futbolçunu buraxmaq istəmir, Qavi özü də nə qışda, nə də gələn yay klubunu dəyişməyi düşünür.

Məhdud oyun vaxtına baxmayaraq, ispaniyalı yarımmüdafiəçi baş məşqçi Hansi Flikin planlarında mühüm yer tutur. Almaniyalı mütəxəssis onun mübarizliyini, yüksək intensivliklə oynamasını və meydandakı fədakarlığını yüksək qiymətləndirir.

İki ağır zədədən sonra əvvəlki formasını bərpa etmək üçün zamana ehtiyacı olduğunu anlayan Qavi az oynamasından narazı olsa da, digər klubların təkliflərini nəzərdən keçirmək niyyətində deyil.

Qeyd edək ki, ötən yay İngiltərə Premyer Liqasının bir neçə klubu da yarımmüdafiəçi ilə maraqlanıb. Lakin Qavi “Barselona”dan ayrılmaq imkanını rədd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑