Mədəniyyət · Milli.az

“Hamı yazır ki, görəsən, kimin əridir?” - Renka - (Video)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Hamı yazır ki, görəsən, kimin əridir?” - Renka - (Video) xəbəri üçün şəkil

Rəqqasə Rəna Ağamuradova (Renka) sosial şəbəkədə şəxsi həyatı ilə bağlı yazılan sözlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, o, sevgilisi olduğunu açıqladıqdan sonra izləyicilərin yazdığı şərhlərdən gileylənib:

"Deyirəm ki, dəhşət adımız çıxıb. Müsahibə vermişəm ki, sevgilim var. Hamı rəylərdə yazır ki, görəsən, kimin əridir? Başa düşmürəm, mən subay oğlanla sevgili ola bilmərəm? Məni subay oğlan sevə bilməz? Gərək ancaq ailəli adamla sevgili olam?

Bu nə stereotipdir, nə düşüncədir? Niyə hamı eyni cür düşünür? Əgər sən şou-biznesdəsənsə, ortada olan qızsansa, deməli, səni varlı bir adam saxlayır? Bəsdirin, ayıbdır. Görmədiyiniz, bilmədiyiniz şey haqqında necə danışırsınız? Mənə çatmır. Məni öldürsən də, gözümlə görməsəm, bir adam haqqında pis şey demərəm. Deməyə sözüm yoxdur".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑