Rusiyalı bloqer Anastasiya Mironova reper Qufun (Aleksey Dolmatov) Navai (əsl adı - Nəvai Bəkirov) haqqında paylaşımında adının çəkilməsinə reaksiya verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, musiqiçi "Instagram" hesabında narkotik qaçaqmalçılığında şübhəli bilinərək Qazaxıstanda həbs edilən Navaiyə dəstək postu paylaşıb.
O, həmkarı haqqında deyilənlərə heç vaxt inanmayacağını bildirib. Reper paylaşımına birgə fotolarını əlavə edərək "Qafqazla birlikdə onu Mironovadan ayrılandan sonra sakitləşdiririk" yazısını qeyd edib.
Gənc qadın şərh bölməsində adının bu kontekstdə çəkilməsinə qəzəblənib və diqqətin ona yönəldilməməsini xahiş edib.
"Mənim adımı çəkməyi dayandıra bilərsiniz? Yoxsa danışmağa başlayacağam və bu heç kimin xoşuna gəlməyəcək", - deyə o, bildirib.
Qeyd edək ki, 2025-ci ilin iyununda Navai və Mironova müğənni Anna Astinin ad günü şərəfinə təşkil edilən qapalı tədbirdə birlikdə görünərək münasibətlərini təsdiqləmişdilər. 2026-cı ilin əvvəlində isə cütlüyün ayrıldığı məlum olmuşdu.
Oktyabrın 14-də Qazaxıstana girişdə hüquq-mühafizə orqanlarının əməkdaşları Navainin olduğu avtomobildə narkotik vasitə aşkar ediblər. Hazırda müvəqqəti saxlanma təcridxanasında olan sənətçi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
.jpg)




