Dünya · Milli.az

Gənclər arasında yeni trend yayıldı: Çəkiclə üzlərinə vururlar - (Video)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gənclər arasında yeni trend yayıldı: Çəkiclə üzlərinə vururlar - (Video) xəbəri üçün şəkil

Gənclər arasında xarici görünüşü dəyişdirmək məqsədilə üz sümüklərini çəkiclə vurmaq trendə çevrilib. "Bonsmashing" adlanan bu üsula əl atanların artıq 100-dən çoxunun xəsarət aldığı bildirilir.

Milli.Az "Mash" telegram kanalına istinadla xəbər verir ki, bu trend daha çox 15-26 yaş arası gənclərin marağına səbəb olub. 

"Lüksmaksinq" subkulturasından qaynaqlanan bu yanaşmanın tərəfdarları yanaq və çənə sümüklərinə çəkiclə zərbə vurmağın onların böyüməsinə, üz cizgilərinin daha kəskin və kişi görünüşlü olmasına kömək edəcəyinə inanırlar.

Güclü zərbələr sinirləri zədələyə, çənə və yanaq sümüklərinin sınmasına, göz travmalarına və mimika əzələlərinin fəaliyyətinin pozulmasına gətirib çıxara bilər.

Qeyd edək ki, "bonsmashing" xarici görünüşü mümkün qədər ideal hala gətirməyi hədəfləyən "lüksmaksinq" yanaşmasının bir hissəsidir. Lakin üz sümüklərini çəkiclə vurmaq onların arzuolunan formada böyüməsinə zəmanət vermir və əksinə, ciddi, bəzən də qalıcı xəsarətlərlə nəticələnə bilər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑