İqtisadiyyat · Milli.az

Dünyada bu meyvə bahalaşacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyada bu meyvə bahalaşacaq xəbəri üçün şəkil

2026-cı ilin sonu və 2027-ci ilin əvvəlində dünya bazarında bananın qiymətinin artacağı gözlənilir.

Milli.Az xəbər verir ki, "Chiquita Brands International" şirkətinin rəhbəri Karlos Lopes Flores bahalaşmaya ekstremal hava şəraiti, geosiyasi gərginlik və istehsal xərclərinin yüksəlməsinin təsir göstərə biləcəyini bildirib.

Latın Amerikasında banan istehsalçıları yanacaq, gübrə və qablaşdırma materiallarının bahalaşması ilə yanaşı, iqlim riskləri ilə də üzləşirlər. "El-Ninyo" hadisəsinin güclənməsi məhsul itkisinə, quraqlıq isə daşınma marşrutlarında çətinliklərə səbəb ola bilər.

Bütün bu amillər bananın istehsal və daşınma xərclərini artıraraq dünya bazarında qiymətlərə təsir göstərə bilər.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑