İdman · Milli.az

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev xəbəri üçün şəkil

Misli Premyer Liqasının 7-ci turu çərçivəsində "Turan Tovuz" "Şəfa"ya 1:0 hesabı ilə qalib gəlib.

Milli.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:

"Çox ağır oyun oldu. Amma qələbə qazandığımıza görə sevinirik. Bu qələbəyə layiq idik. Təəssüf ki, Denis Marandiçi yenə ağır zədələndi".

- Denis Marandiçinin durumu necədir?

- Kəllə-beyin travması alıb. Əməliyyat ediləcək.

- Son vaxtlarda Ehtiram Quliyevin klubdan gedə biləcəyi haqda söz-söhbətlər var. Bu, sizə və komandaya necə təsir edir?

- Bu sualı niyə mənə verirsiniz? Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar. Biz ümumiyyətlə belə bir şey eşitməmişik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑