Mədəniyyət · Milli.az

Arıqlama iynələri tez qocaldır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Arıqlama iynələri tez qocaldır xəbəri üçün şəkil

Son illər arıqlamaq istəyənlərin müraciət etdiyi zəifləmə iynələri bu dəfə başqa bir problemlə gündəmə gəlib. Sürətli çəki itkisi dərinin sallanmasına, dərin qırışların yaranmasına və üzdə çökmüş görünüşə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə türkiyəli dermatoloq Özlem Su Küçük iynələrlə bağlı açıqlaması ilə gündəm olub. 

Mütəxəssis bildirib ki, piylənmə və diabetin müalicəsində istifadə olunan GLP-1 qrupundan olan preparatlarla sürətlə arıqlayan insanlarda üz nahiyəsində ciddi dəyişikliklər müşahidə oluna bilər. Onun sözlərinə görə, sürətli çəki itkisi əzələ kütləsinin də azalmasına gətirib çıxarır.

Professor qeyd edib ki, həftədə bir kiloqramdan çox çəki itirmək almacıq sümüklərinin daha qabarıq görünməsinə, gözaltı nahiyənin çökəkləşməsinə, yanaqların içəri çökməsinə, boyun və üz dərisinin sallanmasına səbəb ola bilər. Nəticədə insan olduğundan daha yaşlı görünə bilər.

O, bu səbəbdən dolğu prosedurlarına marağın artdığını da vurğulayıb və belə kosmetik müdaxilələrdən əvvəl mütləq dermatoloqla məsləhətləşməyi tövsiyə edib.

Mütəxəssis bildirib ki, bu dəyişikliklər yalnız zəifləmə iynələrindən istifadə edənlərdə deyil, piylənmə əməliyyatı keçirən və qısa müddətdə çox çəki itirən insanlarda da müşahidə olunur. (axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑