Bir zamanlar sərvət və dəbdəbə simvolu olan milyon dollarlıq lüks avtomobillər indi toz və qum içində tərk edilmiş vəziyyətdədir.
Milli.Az xəbər verir ki, Ferrari, Lamborghini, Porsche, Bentley və Maserati kimi dünya şöhrətli markaların avtomobilləri xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki açıq sahələrdə və qarajlarda diqqət çəkir.
Avtomobillərin sahiblərinin borclarını ödəyə bilməməsi və ya hüquqi proseslərə cəlb olunması onların uzun müddət istifadə edilmədən qalmasına səbəb olur.
Bir dövr böyük sərvətlər ödənilərək alınan bu super avtomobillər baxımsız qalaraq çürüməyə tərk edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
.png)




