Hadisə · Milli.az

Ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı həbs olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı həbs olundu xəbəri üçün şəkil

Rusiyaya girişinə qoyulan qadağaya baxmayaraq, ölkəyə daxil olan Azərbaycan vətəndaşı barəsində Ramon Rayon Məhkəməsi hökm çıxarıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, bu barədə oktyabrın 16-da məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşı sərhədi keçmək üçün ölkəsində şəxsi məlumatları dəyişdirilmiş yeni pasport alıb.

Azərbaycanda olarkən yeni məlumatlarla sənəd əldə edən şəxs bunun Rusiyaya girişinə qoyulan qadağanı aradan qaldırmadığını bilib. Buna baxmayaraq, o, "Voronej-aeroport" sərhəd-buraxılış məntəqəsindən keçərək Rusiyaya daxil olub.

Onun əməli Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsinin 2-ci hissəsi (dövlət sərhədini qanunsuz keçmə) ilə tövsif edilib. Həmin maddə üzrə maksimum cəza dörd ilədək azadlıqdan məhrumetmədir.

Məhkəmə Azərbaycan vətəndaşını təqsirli bilərək ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hökm qanuni qüvvəyə minənədək məhkum həbsdə saxlanılacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑