Hadisə · Lent.az

Xankəndidə su idarəsinin sürücüsü narkotiklə TUTULDU

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xankəndidə su idarəsinin sürücüsü narkotiklə TUTULDU xəbəri üçün şəkil

Xankəndidə gənc oğlanın üzərindən narkotik vasitə aşkarlanıb.

Lent.az-ın məlumatına görə, 24 yaşlı Sahib Rzayev (şərti adla) Xankəndi şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq, üzərində yoxlama keçirilib. Bu zaman onun üstündən şəxsi istifadəsi üçün saxladığı bir büküm narkotik maddə olan marixuana tapılıb.

Faktla bağlı onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

S. Rzayev ifadəsində bildirib ki, Xankəndi şəhərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində sürücü vəzifəsində çalışır. Bir neçə tanışı ilə yaşayış evlərinin birinin həyətində narkotik maddə istifadə edib. Bundan sonra saxlanılıb və üzərindən narkotik çıxıb.

O, təqsirini etiraf edərək, əməlindən peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə Sahib Rzayev 15 gün müddətinə inzibati qaydada həbs olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑