Dünya · Lent.az

Oğrular tarixi abidəni ekskavatorla qazıb apardılar - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Oğrular tarixi abidəni ekskavatorla qazıb apardılar - FOTO xəbəri üçün şəkil

Türkiyənin Konya şəhərinin Meram rayonunda məscidin qarşısında torpağa basdırılmış Roma dövrünə aid tarixi heykəl postamentinin oğurlanması ilə bağlı üç şübhəli saxlanılıb.

Lent.az xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparan polis əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini araşdırıblar.

Məlum olub ki, şübhəlilər ekskavator vasitəsilə torpağın altındakı postamenti çıxararaq evakuator tipli nəqliyyat vasitəsinə yükləyib aparıblar.

Polis əməliyyat nəticəsində hadisədə iştirak etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb. Onlar barəsində hüquqi prosedurlara başlanılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑