Hadisə · Lent.az

“Falçı” kimi dələduzluq edən saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Falçı” kimi  dələduzluq edən  saxlanıldı xəbəri üçün şəkil

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə “falçılıq” və “baxıcılıq” adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə həmin əməlləri törədən, dələduzluq cinayətləri ilə bağlı axtarışda olan Emin Əsədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Əsədov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑