Dünya · Lent.az

Epşteynin on minlərlə səhifəlik sənədi yoxa çıxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Epşteynin on minlərlə səhifəlik sənədi  yoxa çıxdı xəbəri üçün şəkil

ABŞ-da Ceffri Epşteyn işi üzrə açıqlanan sənədlərdə çoxsaylı səhifələrin çatışmadığı iddia olunur. Sənədlərin kodlaşdırma sisteminin təhlili bəzi materialların, o cümlədən maliyyə qeydlərinin ardıcıllığında boşluqlar olduğunu göstərib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumatda çeklər seriyasında çatışmazlıqların olduğu, “R1” kodlu bölmədə isə təxminən 1,2 milyon səhifəlik boşluğun müəyyənləşdirildiyi bildirilir.

Məqalədə ABŞ-nin baş prokuroru Todd Blanşın milli təhlükəsizlik səbəbilə heç bir faylın gizlədilmədiyini söylədiyi qeyd olunur. Bununla yanaşı, daxili sənədlərdə qurumun “Epşteynlə bağlı 16 material” aldığı, onlardan ikisinin “məxfi materiallar” kimi işarələndiyi göstərilir. Məxfiləşdirmə bölməsinin rəhbərinin xidməti qeydində isə üç sənədin məxfi statusunu saxladığı bildirilir.

Həmin sənədlərin məzmunu və məxfilik səbəbləri açıqlanmır.

ABŞ Ədliyyə Nazirliyinin mövqeyinə görə, ümumilikdə 6 milyon səhifə toplanıb, təkrarlar və vəkil sirri ilə qorunan məlumatlar yoxlanıldıqdan sonra 3 milyondan çox səhifə ictimaiyyətə təqdim edilib. Qurum qalan materialların işlə əlaqəli olmadığını və ya hüquqi məxfiliklə qorunduğunu bildirir.

Keçmiş federal prokuror Barbara Makku eyd isə maliyyə qeydlərinin çıxarılmasına icazə verilən kateqoriyalara daxil olmadığını vurğulayıb. Onun sözlərinə görə, sənədlərin səhifələrinə verilən unikal Beyts nömrələri məhz belə boşluqların müəyyənləşdirilməsinə imkan yaradır.

Məqalədə nazirliyin daha əvvəl ticarət naziri Hovard Lutnikin Epşteynin adasında çəkilən fotosunu silib sonradan bərpa etməsi də xatırladılır. Hüquqşünasların fikrincə, belə uyğunsuzluqlar bütün materialların açıqlanıb-açıqlanmadığı barədə sualları artırır. Bununla belə, nömrələmədəki boşluqlar özlüyündə sənədlərin qəsdən gizlədildiyini sübut etmir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑