Dünya · Lent.az

ABŞ-dan Rusiyaya terror XƏBƏRDARLIĞI: FTX hərəkətə keçdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-dan Rusiyaya terror XƏBƏRDARLIĞI: FTX hərəkətə keçdi xəbəri üçün şəkil

ABŞ Rusiyaya Moskvada terror aktının hazırlanması ilə bağlı xəbərdarlıq göndərib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Bildirilib ki, mümkün terror aktı ilə bağlı məlumat Amerika tərəfindən mövcud əməkdaşlıq kanalları vasitəsilə ötürülüb. Rusiya xüsusi xidmət orqanları məlumatı aldıqdan sonra müvafiq təhlükəsizlik tədbirləri görməyə başlayıblar.

FTX mümkün terror aktının təşkilatçıları, iştirakçıları və hücum planının təfərrüatları barədə əlavə məlumat açıqlamayıb.

Eyni zamanda ABŞ-nin Moskvadakı səfirliyi də ayrıca xəbərdarlıq yayıb. Diplomatik nümayəndəlik oktyabrın 31-də paytaxtdakı “Tsaritsıno” muzey-qoruğunun ərazisində çoxsaylı insan tələfatına səbəb ola biləcək hadisənin baş verməsi təhlükəsi barədə məlumat aldığını bildirib.

ABŞ səfirliyi vətəndaşlarını həmin əraziyə getməməyə, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa və diqqətli olmağa çağırıb.

Diplomatik nümayəndəlik mümkün təhlükəyə qarşı tədbirlərin Rusiya hakimiyyəti ilə əlaqələndirildiyini də açıqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑