Dünya · Globalinfo.az

Polşada siyasi böhran dərinləşir: Tusk xalqa müraciət edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşada siyasi böhran dərinləşir: Tusk xalqa müraciət edəcək xəbəri üçün şəkil

Polşanın Baş naziri Donald Tusk axşam saatlarında xalqa müraciət edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə hökumət başçısının dəftərxanası “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Tusk Bakı vaxtı ilə saat 23:00-da televiziya vasitəsilə çıxış edəcək.

Polşada siyasi gərginlik oktyabrın 30-da Varşavada Konstitusiya Tribunalının binası qarşısında keçirilən etiraz aksiyasından sonra daha da artıb. Etirazçılardan bir neçəsi binaya daxil olmağa cəhd göstərsə də, polis buna mane olub.

Aksiyada müxalifətdəki “Hüquq və Ədalət” partiyasının lideri Yaroslav Kaçinski və keçmiş baş nazir Mateuş Moravetski də iştirak ediblər.

Gərginliyin əsas səbəbi Konstitusiya Tribunalının rəhbərliyi ətrafında yaranan münaqişədir. Məhkəmənin saytında onun sədri Boqdan Şvençkovskinin və sədr müavini Bartolomey Soxanskinin vəzifələrindən kənarlaşdırılması barədə məlumat dərc olunub.

Hakim Anna Korvin-Piotrovska isə ən uzun hakimlik stajına malik şəxs kimi özünü tribunalın sədri vəzifəsini müvəqqəti yerinə yetirən şəxs elan edib.

Yaranmış vəziyyətlə əlaqədar Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıtmaq qərarı verib.

Qeyd edək ki, Polşanın keçmiş prezidenti Lex Valensa daha əvvəl Konstitusiya Məhkəməsi ətrafındakı mübahisədə Donald Tuskun mövqeyini dəstəkləyib.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑