Dünya · Lent.az

ABŞ-ın səkkiz ştatı məhkəməyə müraciət etdi: “OpenAI” uşaqlara zərər vurur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-ın səkkiz ştatı məhkəməyə müraciət etdi: “OpenAI” uşaqlara zərər vurur xəbəri üçün şəkil

ABŞ-ın səkkiz ştatı “ChatGPT” çatbotunun yaradıcısı olan “OpenAI” şirkətini uşaqlara zərər vurmaqda, valideynləri aldatmaqda və istifadəçilərin hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib.

Lent.az xəbər verir ki, çərşənbə günü Ayova ştatının baş prokuroru Brenna Berd “OpenAI”a qarşı iddia qaldırıldığını açıqlayıb.

Təşəbbüsü Kanzas, Nebraska, Qərbi Virciniya, Arkanzas, Arizona, Aydaho və Montana ştatlarının hakimiyyət orqanları da dəstəkləyib.

Ayova ştatının iddiasında bildirilir ki, “OpenAI” ictimaiyyətə yanlış məlumat təqdim edir. Sənəddə qeyd olunur ki, həddindən artıq nəzakətli olmaq və insani şəfqəti təqlid etmək üçün hazırlanmış “ChatGPT” uşaqlar kimi həssas istifadəçilər üçün təhlükəli ola bilər.

İddiaçılar süni intellektin bəzi hallarda istifadəçiləri intihara və qanunsuz hərəkətlərə sövq etdiyini bildiriblər. Onların fikrincə, çatbotla ünsiyyət tənqidi düşünmə qabiliyyətini zəiflədə, paranoyak və sayıqlama xarakterli fikirlərin yaranmasına səbəb ola, qeyri-peşəkar və potensial təhlükəli tibbi məsləhətlər verə, eləcə də münasibətlərdə qeyri-sağlam davranış modelləri formalaşdıra bilər.

Qeyd edək ki, “OpenAI” əvvəllər də insanları intihara sövq etmək ittihamları ilə bir sıra məhkəmə iddiaları ilə üzləşib. Şirkət avqust ayında yeniyetmələr üçün çatbot versiyasını təqdim etdiyini açıqlayaraq etibarlı təhlükəsizlik sistemi və valideynlər üçün nəzarət alətləri vəd etmişdi.

Lakin iki ay sonra ABŞ-ın qeyri-kommersiya təşkilatı “Common Sense Media” “ChatGPT for Teens” məhsulunu sınaqdan keçirdikdən sonra onun yetkinlik yaşına çatmayanlar üçün qəbuledilməz risk yaratdığını bəyan edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑