Dünya · Ədalət

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp administrasiyasına - Sərt xəbərdarlıq xəbəri üçün şəkil

ABŞ-də federal hakim Ana C. Reyes Donald Tramp administrasiyasının Vaşinqtonda yerləşən tarixi “Şərq Potomak Qolf Links” meydançasında ağac kəsməsini oktyabrın 26-dək dayandırıb. Hakim həmçinin ərazinin görünüşünü və quruluşunu daimi dəyişdirə biləcək hər hansı iş barədə məhkəməyə ən azı 72 saat əvvəl məlumat verilməsini tələb edib.

Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, əvvəllər də müvəqqəti qadağa tətbiq edən Reyes çərşənbə axşamı 21 səhifəlik qərarla bu məhdudiyyəti rəsmiləşdirib.

O, tarixi qolf meydançasında ağacların sürətlə kəsilməsini Tramp administrasiyasının qaydaları pozmaq cəhdi kimi qiymətləndirib.

Hakim administrasiyanı ərazidə işlərin dayandırılması ilə bağlı təkrar müraciətləri nəzərə almamaqda sərt tənqid edib. “Bunun üçün heç bir bəhanə yoxdur”, – deyə Reyes bildirib.

O, hökumət vəkillərinə müraciət edərək, bu məsələdə məlumatsızlığın bəhanə sayıla bilməyəcəyini vurğulayıb.

Reyes daha əvvəl meydançada əvvəlcədən məlumat verilmədən hətta 10 ağacın belə kəsilə bilməyəcəyi barədə xəbərdarlıq edildiyini xatırladıb.

Məhkəmə dinləməsində hökumət vəkilləri həftəsonu ərzində ərazidə təxminən 430 ağacın kəsildiyini, daha 299 ağacın isə kəsilmək üçün nəzərdə tutulduğunu bildiriblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑