Mədəniyyət · Kulis.az

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı xəbəri üçün şəkil

Fələstin tarixindən bəhs edən və yeniyetmələr üçün nəzərdə tutulan "Displacement and the Palestinian American Story" kitabı nəşrdən əvvəl dayandırılıb. Müəlliflər Alana Hadid və Cenan Matari ilə "Penguin Random House" nəşriyyatı arasında mətnə edilən dəyişikliklərlə bağlı fikir ayrılığı yaranıb.

Kulis.az xəbər verir ki, kitab "Race to the Truth" seriyasının bir hissəsi kimi 10–13 yaşlı oxucular üçün hazırlanmışdı.

Əsərdə Fələstin tarixi, 1948-ci ildəki Nəkbə, İsrail işğalı, müqavimət və diaspor təcrübəsi müəlliflərin ailə hekayələri ilə əlaqələndirilirdi.

Mübahisə xüsusilə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumları barədə mətnin necə təqdim olunması ətrafında dərinləşib. Müəlliflər öz versiyalarında müstəmləkəçilik şəraitində müqavimət hüququnu vurğulayıblar. Nəşriyyat isə hücumların beynəlxalq hüququ pozduğunu qeyd edən əlavə ifadənin daxil edilməsini istəyib. Müəlliflər bu dəyişikliklərin əsərin ideyasını təhrif etdiyini bildiriblər.

Hadid və Matari kitabın mətninin artıq razılaşdırıldığını düşündükləri mərhələdən sonra dəyişikliklərə etiraz ediblər. Nəşriyyat nümayəndəsi isə redaktə prosesinin standart nəşriyyat prosedurlarına uyğun aparıldığını bildirib.

Müəlliflər müqaviləni dayandırdıqdan sonra kitabı ABŞ-da fəaliyyət göstərən, Fələstin mənşəli müstəqil nəşriyyat Interlink Books vasitəsilə yayımlamağı planlaşdırırlar.

Məsələ uşaqlar üçün tarixi məlumatların hazırlanmasında redaktorun müdaxilə sərhədləri, siyasi mübahisələrin nəşriyyat qərarlarına təsiri və müxtəlif cəmiyyətlərin tarixlərinin kim tərəfindən, hansı dillə təqdim olunması barədə daha geniş müzakirə yaradıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑