Türkiyəli müğənni Yıldız Tilbenin bank hesabındakı milyonlarla lirənin onun xəbəri olmadan faizə yatırıldığı iddia olunur.
KONKRET.az xəbər verir ki, bu barədə “Gel Konuşalım” proqramının şərhçisi Seray Sever canlı yayımda danışıb.
Onun sözlərinə görə, bank əməkdaşı müğənninin hesabında olan vəsaiti xəbərsiz şəkildə faizli əmanətə yerləşdirib. Bundan xəbər tutan Yıldız Tilbe isə faiz gəlirini qəbul etməyərək banka etiraz edib.
Seray Sever bildirib ki, müğənni “Mən bu pulu götürmərəm, məni günaha batırırsınız” deyərək qəzəblənib. Daha sonra faizdən əldə olunan vəsait torbalara yığılaraq ehtiyacı olan insanlara paylanıb. İddialara görə, torbaları müğənninin özü hazırlayıb və yardımı şəxsən ehtiyac sahiblərinə çatdırıb.
Qeyd edək ki, Yıldız Tilbe daha əvvəl Qəzzada çadır şəhərciyinin qurulması layihəsinə 300 min dollar (təxminən 13 milyon lirə) ianə etməsi ilə də gündəmə gəlmişdi.



