Dünya · Konkret.az

Uşakov Zelenskini Moskvaya dəvət etdi | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Uşakov Zelenskini Moskvaya dəvət etdi | KONKRET xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlar aparmaq üçün Moskvaya dəvət edib.

KONKRET.az xəbər verir ki, Uşakov bu barədə jurnalist Pavel Zarubinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Zelenski Rusiya lideri ilə görüşmək və danışmaq istəyirsə, bunun üçün Moskvaya gələ bilər.

“Axı o, müxtəlif mənbələr vasitəsilə siqnallar göndərir. Danışmaq istəyirsə, bu qədər danışmaq arzusundadırsa, qoy gəlsin”, – deyə Uşakov vurğulayıb.

Qeyd edək ki, Moskvanın bu açıqlaması Rusiya və Ukrayna arasında mümkün danışıqların yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edir.

Günay Əli 

KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑