Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Telegraf” nəşri yazıb.
“Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nun müdafiə qabiliyyətini zəiflədəcək güzəştlər əldə etməyə çalışacaq. Moskvanın irəli sürə biləcəyi tələblər arasında alyans qüvvələrinin Polşa, Estoniya, Latviya, Litva və NATO-ya 2023-cü ildə qoşulan Finlandiyadan çıxarılması da var”, – nəşrin məlumatında qeyd olunub.




