Cəmiyyət · Konkret.az

Pensiyaçılara kommunal dəstək GƏLİR? – Bu, hökumətin atdığı ən gözəl addım ola bilər | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pensiyaçılara kommunal dəstək GƏLİR? – Bu, hökumətin atdığı ən gözəl addım ola bilər | KONKRET xəbəri üçün şəkil

Pensiyaya çıxan vətəndaşların kommunal xərclərinin qarşılanmasına dövlət dəstəyi göstərilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Xüsusilə aztəminatlı pensiyaçıların elektrik enerjisi, qaz və su kimi kommunal xidmətlərə çəkdiyi xərclərin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması üçün xüsusi limitli kommunal kartların tətbiqi mümkün ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, belə bir mexanizmin yaradılması üçün qanunvericiliyə mütləq dəyişiklik edilməsinə ehtiyac yoxdur.

Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabineti və Tarif (Qiymət) Şurasının səlahiyyətləri çərçivəsində həll oluna bilər:

“Bu cür qərarların verilməsi üçün Nazirlər Kabinetinin və Tarif Şurasının xüsusi toplantısı və qərarı lazımdır. Qanuna adi dəyişiklik etməyə ehtiyac yoxdur. Nazirlər Kabineti və Tarif Şurası belə bir qərar verə bilər.

Amma belə bir qərarın veriləcəyini demək çətindir. Bunun olub-olmayacağı ilə bağlı suala cavab vermək hazırda çətindir. Məsələ Nazirlər Kabinetinin səlahiyyətindədir”.

Beləliklə, pensiyaçılar üçün xüsusi limit müəyyən edilmiş kommunal kartların tətbiqi hüquqi baxımdan ayrıca qanun dəyişikliyini tələb etməyə bilər. Bunun üçün müvafiq dövlət qurumlarının qərarı və mexanizmin necə tətbiq olunacağının müəyyənləşdirilməsi kifayət edər.

Aynurə İsmayıl

KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑