Gündəm · Konkret.az

Paytaxtın bu ərazilərində işıq olmayacaq | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paytaxtın bu ərazilərində işıq olmayacaq | KONKRET xəbəri üçün şəkil

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 21-də Yasamal, Nizami və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində təmir işləri aparılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamalda Transformator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Xaqan Dadaşov, Xıdır Mustafayev, Mirəli Seyidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonunda rele-mühafizə və avtomatikanın yoxlanılması məqsədilə Bəhruz Nuriyev küçəsi, Babək və Qara Qarayev prospektlərinin bəzi ərazilərində saat 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Binəqədidə TM-də yerinə yetiriləcək təmir-təftiş işləri zamanı 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsinin bir sıra yerlərində 09:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑