Gündəm · Globalinfo.az

Övlada görə maşını bəzəyənlər 500 manat cərimələnir? – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Övlada görə maşını bəzəyənlər 500 manat cərimələnir? – VİDEO xəbəri üçün şəkil

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar.

Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?

Yeni övladın dünyaya gəlməsi və ya ailə həyatı qurmaq insan həyatının ən yaddaqalan anlarındandır. Bəzi sürücülər bu sevinci ətrafdakılarla bölüşmək üçün avtomobillərini müxtəlif yazılar, stikerlər və bəzək elementləri ilə bəzəyirlər.

Globalinfo.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə avtomobillərini bu cür bəzəyən sürücülərin cərimələnməsi ilə bağlı paylaşımlar yayılıb.

Vətəndaşlar məsələ ilə bağlı fərqli fikirlər səsləndiriblər. Bəziləri avtomobillərin bəzədilməsini sevincin ifadəsi kimi qiymətləndirir, digərləri isə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini vurğulayırlar.

Mütəxəssislərin sözlərinə görə, avtomobillərin müvəqqəti bəzədilməsi özlüyündə qadağan deyil. Lakin bəzək elementləri sürücünün görmə dairəsini məhdudlaşdırmamalı, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmamalı, dövlət qeydiyyat nişanlarının və işıq cihazlarının görünməsinə mane olmamalıdır.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sürücü avtomobil hərəkətdə olarkən dövlət qeydiyyat nişanlarının daim görünən olmasını təmin etməli, işıq cihazlarının və onların vasitəsilə verilən siqnalların üzərinin bağlanmasına yol verməməlidir.

“Dövlət qeydiyyat nişanının üzərini bilərəkdən bağlayan sürücü 500 manatdan 800 manatadək cərimələnə bilər. Əgər daşınan yük və ya avtomobilə vurulan bəzək elementi nömrə nişanının görünməsinə mane olarsa, bu hal yükdaşıma qaydalarının pozulması kimi qiymətləndirilə və 40 manat cərimə tətbiq edilə bilər”, – deyə ekspert qeyd edib.

Ətraflı “Azad Azərbaycan” televiziyasının süjetində:

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑