Dünya · Konkret.az

Paşinyan Aİ-yə üzvlük müraciətinin tarixini açıqladı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan Aİ-yə üzvlük müraciətinin tarixini açıqladı | KONKRET xəbəri üçün şəkil

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciətini 2027-ci ildə və ya 2028-ci ildə təqdim edə biləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Euronews” telekanalının təşkil etdiyi “Aİ-nin genişlənməsi üzrə 2026-cı il sammiti”ndə danışıb.

Paşinyan qeyd edib ki, Ermənistan 2025-ci ilin martında Aİ-yə üzvlük prosesinə başlamaq haqqında qanun qəbul edib və sənəd hazırda qüvvədədir:

“Bu addımın əsas məqsədi ölkə və xalq üçün alternativ yaratmaq olub. Aİ-də genişlənmə ilə bağlı siyasi iradənin gücləndiyinə dair müəyyən əlamətlər görürük və bu səbəbdən Ermənistanla qurumun gözləntiləri üst-üstə düşə bilər”.

O, Avropa istiqamətində siyasətin digər mühüm səbəbinin ölkədə demokratiyanı qorumaq, islahatları dərinləşdirmək və demokratik institutları möhkəmləndirmək olduğunu vurğulayıb:

“Müstəqillik dövrü ərzində Aİ demokratik islahatlar sahəsində Ermənistanın əsas tərəfdaşlarından biri olub”.

Aİ-yə üzvlük üçün müraciətin nə vaxt ediləcəyi ilə bağlı suala cavabında baş nazir bildirib ki, bu məsələdə yalnız texniki addım atmaq deyil, həm də Avropa tərəfdaşları ilə siyasi dialoq aparmaq vacibdir:

“Hazırda əsas diqqət viza rejiminin liberallaşdırılması üzrə dialoqa yönəlib. Ermənistan 2029-cu ildə vizasız rejimə nail olmağı hədəfləyir. Bu, Aİ ilə münasibətlərin inkişafında növbəti mühüm mərhələ olacaq. Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlər indiyədək ən yüksək səviyyədədir”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑