Dünya · Konkret.az

Husilər Ədən hava limanını ballistik raketlə vurdu | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər Ədən hava limanını ballistik raketlə vurdu | KONKRET xəbəri üçün şəkil

Husi qüvvələri Ədən Beynəlxalq Hava Limanına iki ballistik raket atıb.

KONKRET.az xəbər verir ki, məlumatı Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti yayıb. Yəmənin informasiya naziri Müəmmər əl-Əryani sosial mediada bildirib ki, “raketlər təyyarədən 500 metr və uçuş-enmə zolağının mərkəzindən təxminən 100 metr məsafəyə düşüb”.

Onun sözlərinə görə, Misirin Qahirə şəhərinə uçan Yemenia Airways təyyarəsi uçuşa hazırlaşarkən “Husi terrorçuları hava limanına hücum edib”. Nazir əlavə edib ki, hücum zamanı heç bir sərnişin və ya heyət üzvü xəsarət almayıb.

Dünın Yəmən Xarici İşlər Nazirliyinin sabiq müşaviri, siyasi xadim Mərvan Əli Noman “The National” qəzetinə bildirib ki, Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti Husilərin şəhərə hücumlarına baxmayaraq Ədəndə qalır: “Gərgin təhlükəsizlik vəziyyətinə və Husilərin nəzarət altında olan əraziləri sabitsizləşdirmək üçün təkrarlanan cəhdlərinə baxmayaraq, hökumət hazırda Ədəndən fəaliyyət göstərir”.
Yəmən hökumətinin rəsmisi qeyd edib ki, hökumət “Husi üsyanına son qoymaq və dövlətçiliyi bərpa etmək” üçün “Yəmən Şəfəqi” əməliyyatını davam etdirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑