Gündəm · Konkret.az

Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu | KONKRET xəbəri üçün şəkil

Gəncədə evdə səs-küy salan oğul həbs olunub.

KONKRET.az lent.az-a istinadən bildirir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib.

36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimin ucadan nalayiq ifadələr işlətdiyini görüblər. Ona irad bildirilərək, hərəkətlərini dayandırması bildirilsə də, Fərahim qanuni tələbə məhəl qoymayaraq, əməllərinə davam edib.

Nəticədə o saxlanılaraq, şöbəyə gətirilib. Barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

F. Şükürovun sözlərinə görə, atası yatan vaxtı evə gəlib və özünə əsəbiləşdiyi üçün səs-küy salıb. Səs-küyə görə yuxudan oyanan atası onun barəsində şikayət edib. Fərahim etdiyi əməldən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Fərahim Şükürov 25 gün müddətinə inzibati qaydada həbs olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑