Gündəm · News24.az

Ermənistanda əsgər ölümü ilə bağlı cinayət işi açıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistanda əsgər ölümü ilə bağlı cinayət işi açıldı xəbəri üçün şəkil

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbçinin ölümü ilə bağlı cinayət işi başlanıb.

News24.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi silahlı qüvvələrin hərbi qulluqçusu A.Q.-nun odlu silah yarası ilə meyitinin aşkarlandığını açıqlayıb.

Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

İstintaq Komitəsindən cinayət işinin Cinayət Məcəlləsinin hansı maddəsi ilə başlandığı açıqlanmayıb. Bildirilib ki, hazırda ilkin istintaq davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑