Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib.
KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hazırda yük avtomobillərinin kənarlaşdırılması və hərəkətin bərpa olunması məqsədilə polis zəruri tədbirləri görür.



