Gündəm · Globalinfo.az

Məhərrəm Talıbov yenidən gündəmdə: Keçmiş həyat yoldaşı nə tələb edir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məhərrəm Talıbov yenidən gündəmdə: Keçmiş həyat yoldaşı nə tələb edir? xəbəri üçün şəkil

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun sabiq müavini Məhərrəm Talıbovla keçmiş həyat yoldaşı arasında boşanma və əmlak mübahisəsi yaranıb.

Globalinfo.Az “Unikal”a istinadən xəbər verir ki, Məhərrəm Talıbovun keçmiş həyat yoldaşı onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Məlumata görə, iddia Bakı və Naxçıvan şəhərlərində yerləşən mülklərlə yanaşı, boşanma məsələsini də əhatə edir.

İddiaçı həmin əmlaklarla bağlı hüquqlarının məhkəmə qaydasında təmin olunmasını və müvafiq tədbirlərin görülməsini tələb edir.

Beləliklə, uzun illər Naxçıvanda yüksək vəzifədə çalışmış Məhərrəm Talıbov bu dəfə keçmiş həyat yoldaşı ilə yaşadığı əmlak mübahisəsi ilə gündəmə gəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑