Gündəm · Konkret.az

Bakıda şadlıq sarayı 12 milyona satışa çıxarıldı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda şadlıq sarayı 12 milyona satışa çıxarıldı | KONKRET xəbəri üçün şəkil

Paytaxtın Sabunçu rayonunda fəaliyyət göstərən məşhur “İdeal” şadlıq sarayı satılır.

KONKRET.az  “Yeni sabah”a istinadla xəbər verir ki, obyekt üçün 12 milyon manat qiymət qoyulub. Obyekt 20 sotluq geniş ərazidə inşa edilib və ümumi sahəsi 3 000 kvadratmetr təşkil edir.

İkimərtəbəli binadan və böyük zirzəmidən ibarət olan şadlıq sarayında eyni vaxtda qonaq qəbul edə bilən iki müxtəlif zal – 500 nəfərlik əsas və 250 nəfərlik kiçik zal fəaliyyət göstərir.

Təkcə şadlıq sarayı ilə kifayətlənməyən kompleksin ərazisinə çay evi, kafe-restoran və digər köməkçi tikililər də daxildir.

Hazırda tam işlək vəziyyətdə olan obyekt öz daimi müştəri bazasına malikdir və alıcıya hazır, gəlirli biznes kimi təqdim olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑