Dünya · Konkret.az

“Bəsdir, artıq nəfəs ala bilmirik” - Türkiyədə etiraz aksiyası keçirilir | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Bəsdir, artıq nəfəs ala bilmirik” - Türkiyədə etiraz aksiyası keçirilir | KONKRET xəbəri üçün şəkil

İstanbul və Ankarada minlərlə insan Türkiyədə jurnalistlərə qarşı artan təzyiqlərə qarşı etiraz aksiyası keçirib.

KONKRET.az AFP agentliyinə istinadən xəbər verir ki, nümayişçilər media nümayəndələrinin həbslərinə, redaksiyaların bağlanmasına və müstəqil media şirkətlərinə dövlət menecerlərinin təyin edilməsinə etiraz edirlər.

Jurnalistlər, insan haqları fəalları və müxalifət partiyalarının nümayəndələrinin də daxil olduğu nümayişçilər “Bəsdir. Artıq nəfəs ala bilmirik” deyə şüarlar səsləndiriblər.

Polisin məlumatına görə, İstanbulun Asiya tərəfində ən azı 3000 nəfər toplaşıb. Onlar həbsdə olan jurnalistlərin şəkillərini tutub və “Biz susdurulmayacağıq!” və “Təzyiqə boyun əyməyəcəyik!” şüarları səsləndiriblər.

Türkiyə Jurnalistlər Birliyinin məlumatına görə, son iki ayda 11 jurnalist həbs edilib və bir neçə media orqanı fəaliyyətini dayandırıb. İnsan haqları fəalları hesab edirlər ki, son həftələrdə müstəqil mətbuata təzyiqlər daha da artıb.

Türkiyədə söz azadlığı 2016-cı ildə uğursuz çevriliş cəhdindən bəri getdikcə daha çox məhdudiyyətlərə məruz qalır. Hakimiyyət orqanları genişmiqyaslı məhkəmə prosesləri həyata keçirir və rəqəmsal platformalara çıxışı məhdudlaşdırır.\\unikal.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑