Dünya · Azxeber.com

Ukraynada 'Starlink'in fəaliyyəti bərpa edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynada 'Starlink'in fəaliyyəti bərpa edildi xəbəri üçün şəkil
Ukraynada "Starlink" peyk rabitə sisteminin fəaliyyəti bərpa edilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, Telegram kanalında yazıb: "Starlink" və "Starshield" əvvəlki sürətlə fəaliyyətini bərpa ediblər. İndi bizə lazım olan sürətə sahibik".
Ötən həftə Kiyev Amerika şirkəti "SpaceX"in Ukrayna Silahlı Qüvvələrinin "Starlink" terminallarının saatda 160 km-dən çox sürətlə işləməsinə məhdudiyyətlər qoyduğunu və bunun bir neçə Ukrayna hərbi əməliyyatını pozduğunu açıqlayıb.
Bu arada, "SpaceX"in qurucusu İlon Mask "Starlink" peyk sisteminin hücum döyüşləri üçün deyil, müdafiə və mülki məqsədlər üçün istifadə edildiyini bildirib. "Starshield" sistemləri ABŞ hökumətinə məxsusdur və ABŞ hökuməti tərəfindən idarə olunur. İstənilən sürət və ya istifadə məhdudiyyətləri ABŞ ordusu və nəticədə prezident tərəfindən tətbiq olunur.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑