Dünya · Konkret.az

“Şahbazın Paris səfəri yenə alınmadı” – Makron sonuncu “güllə”sini hazırlayır, ölkə qan içində | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Şahbazın Paris səfəri yenə alınmadı” – Makron sonuncu “güllə”sini hazırlayır, ölkə qan içində | KONKRET xəbəri üçün şəkil

Fransada kütləvi etirazların zorakılıq və dağıntılarla müşayiət olunmasından sonra Prezident Emmanuel Makron sərt bəyanatla çıxış edib.

KONKRET.az xəbər verir ki, dövlət başçısı respublika quruluşunu sarsıtmağa çalışanların məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.

Makron oktyabrın 18-də xalqa müraciətində ölkədə baş verən hadisələrə münasibət bildirib.

Prezident bildirib ki, mağazaları talan edənlər vurduqları ziyanı ödəməli, respublika quruluşunu devirməyə çalışanlar isə qanun qarşısında cavab verməlidirlər. Makron zorakılıqların arxasında radikal solçu qruplara mənsub üsyançı elementlərin və cinayətkarların dayandığını söyləyib. O, baş verən hadisələrin cəmiyyətdə qəzəb və utanc hissi yaratdığını vurğulayıb.

Fransada vəziyyət oktyabrın 17-də keçirilən genişmiqyaslı etiraz aksiyalarından sonra kəskinləşib. Bahalaşmaya və məktəblərdəki şəraitə etiraz edən yüz minlərlə insan küçələrə çıxıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda təxminən 550 min nəfər iştirak edib. Təşkilatçılar isə bu rəqəmin 800 minə çatdığını bildiriblər.

Etirazlar zamanı Paris, Marsel, Lion və digər şəhərlərdə polis qüvvələri ilə toqquşmalar baş verib, mağazalar talan edilib, avtomobillər və inzibati obyektlərə ziyan vurulub.

Ən ağır hadisələrdən biri Limoj şəhərində qeydə alınıb. Burada 143 illik tarixi meriya binası yandırılıb, yanğın nəticəsində binanın dam örtüyü və qülləsi uçub. Oktyabrın 18-də açıqlanan məlumatlara əsasən, ölkə üzrə 1800-dən çox insan saxlanılıb. Təkcə Parisdə 855 nəfərin saxlanıldığı bildirilib. Makron hələ oktyabrın 17-də də zorakılığa yol verənlərin cəzalandırılacağını bəyan etmişdi. Prezident vurğulamışdı ki, Fransada dinc etiraz etmək hüququ qorunmalıdır, lakin dövlət qurumlarına hücum edənlərə güzəşt edilməyəcək. Baş nazir Sebastyen Lekornü də hadisələrə münasibət bildirərək heç kimin zorakılıq yolu ilə ölkəyə siyasi gündəm diktə edə bilməyəcəyini açıqlayıb.

Hadisələr 2027-ci il prezident seçkiləri ərəfəsində Fransada siyasi mübahisələri daha da gücləndirib. Müxalifət nümayəndələri hökumətin fəaliyyətini tənqid edirlər.

Maraqlıdır ki, Fransada baş verən hadisələr Azərbaycan tamaşaçısına məşhur “Dərviş Parisi partladır” filmini xatırladır. Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri əsasında çəkilmiş filmdə hadisələr XIX əsrdə Qarabağda cərəyan edir. Qarabağa gələn fransalı səyyah Müsyö Jordan gənc Şahbaz bəyi özü ilə Parisə aparmaq istəyir. Lakin dərviş Məstəli şahın Parisi dağıtmaq üçün etdiyi sehrbazlıq mərasimindən sonra Fransada inqilab baş verdiyi xəbəri gəlir. Nəticədə Müsyö Jordan vətəninə qayıtmağa məcbur olur, Şahbaz bəyin Paris səfəri isə baş tutmur. Əsərdə söhbət 1848-ci il Fransa inqilabından gedir.\\musavat.com

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑